Şəhid torpağa tapşırıldı- Fotolar

Təmas xəttində cəbhənin Füzuli istiqamətində hərbi tapşırığı yerinə yetirərkən tank əleyhinə minaya düşərək dünyasını dəyişərək həlak olan əsgər 19 yaşlı Seyfəddin Nəvai oğlu Kərimov son mənzilə yola salınıb.

Dəfn mərasimindən əvvəl hərbi orkestrın ifasında Azərbaycanın Dövlət Himni səsləndirilib, yaylım atəşi açılıb. Onun ruhuna dualar oxunub Allahdan rəhmət dilənib.

Daha sonra Seyfəddin Kərimov Gəncənin Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin doğmaları, Gəncə şəhərinin rəhbər şəxsləri, ictimayyət nümayəndələri, şəhidin qulluq etdiyi hərbi hissənin hərbçiləri iştirak edib.

Qeyd edək ki, 1995-ci ildə Gəncə şəhərində dünyaya gələn Seyfəddin Kərimov Yunan-Roma güləşi üzrə 3 dəfə Azərbaycan çempionu olub. İdmanı həyatının ayrılmaz hissəsi bilib. Dost-tanışları arasında və şəhərin idman həyatında həmişə hörmətlə xatırlanıb. Seyfəddin Kərimovun qəfil ölüm xəbəri hamını sarsıdıb.

Xatırladaq ki, aprelin 7-də gecə saat 22:30 radələrində cəbhənin Füzuli istiqamətində mina partlaması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 3 hərbi qulluqçusu həlak olub, 6 hərbi qulluqçu isə yaralanıb. Həlak olanlardan bir nəfəri, Kərimov Seyfəddin Nəvai oğlu Gəncənin Kəpəz rayonundan hərbi xidmətə çağırılıb.




AzNews.az