Sürücülərə bəd xəbər: Nobel prospekti yaxın günlərdə açılmayacaq


"Azərsu" ASC Bakıda Nobel prospektində yolun çökmə səbəblərini araşdırır. "Azərsu" Açıq Səhmdar Cəmiyyəti "Bakı Sukanal" idarəsinin Yağış və Tullantı Sularının idarə edilməsi Departamentinin rəisi Əlizadə Nəsirov AzNews.az-a bildirib ki, sözü gedən yolun altında 1980-ci illərdə 1860 millimetr-diametrli olan tullantı sularının idarə olunması üçün kollektor çəkilib: "Çökməninin səbəblərini öyrənmək məqsədi ilə, ilkin layihə sənədlərinə baxılıb. Eyni zamanda kollektor şaxtasının araşdırılması məqsədilə daxildən vizual baxış keçirilib".

Qurum rəsmisi vurğulayıb ki, araşdırmanın nəticəsində məlum olub ki, yolun çökməsi təkcə burada hansısa sızıntının olması ilə əlaqədar deyil. Onun sözlərinə görə, yolun bərpası üçün yaxın 2-3 gün ərzində mütəxxəsis rəyi əldə olunandan sonra qərar qəbul olunacaq.

Amid
AzNews.az