Bakıda iki nəfərin yaralanması ilə nəticələnən avtoqəza - FOTO

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın məlumatına görə, paytaxtın Səbail rayonu ərazisində qeydə alınan hadisə zamanı Talışinskaya Lalə Ramiz qızının idarə etdiyi "Hyundai" markalı minik maşını ilə Məmmədov Kamran Vaqif oğluna məxsus "Toyota" markalı avtomobil toqquşub. Yol patrul xidməti əməkdaşlarının verdiyi məlumata görə, qadın sürücünün sərxoş vəziyyətdə idarə etdiyi avtomobil Zərifə Əliyeva küçəsi ilə hərəkətdə olub. Lalə Talışinskaya yolun Rəşid Behbudov küçəsi ilə kəsişməsindəki işiqforun qadağanedici işığının tələbinə məhəl qoymayıb. Nəticədə toqquşma baş verib.

Xanım sürücü işıqfora qədər olan məsafədə də maşını bir neçə dəfə bardürlərə çırpıb.

Qəza nəticəsində sürücü və həmin avtomobildə olan qadın sərnişin yüngül bədən xəsarətləri alıblar. Hər iki yaralıya hadisə yerində ilkin tibbi yardım göstərilib.

Səbail rayon Polis İdarəsində faktla bağlı araşdırma aparılır.

AzNews.az