Suriyadan tükürpədən video

Bir neçə gün öncə ölkədə geniş müzakirə obyektinə çevrilən "başkəsmə" videosundan sonra Suriyada döyüşən azərbaycanlılardan növbəti dəhşətli görüntülər yayılıb.

ANS PRESS-in məlumatına görə, videorolikdə İraq-Şam İslam Dövləti (DAİŞ) tərkibində döyüşən azərbaycanlı digər müxalif qruplaşma, ən-Nüsrə cəbhəsinin döyüşçülərini necə öldürdüyünü göstərir. Yerdə 5 və ya daha artıq meyitin olduğu göründüyü halda, özlərinin də bir nəfər itki verdiyini qeyd edir.

Xatırladaq ki, artıq Suriyada 3 ildən çoxdur ki, davam edən daxili müharibədə xeyli sayda azərbaycanlılar müxalifət qrupları tərkibində Bəşər Əsədə qarşı vuruşurlar.

Bu qruplaşmaların daha sonra bir-biri ilə müharibə etməsi isə dəhşətdir. Müharibəni bizim üçün daha da dəhşətli edən tərəfi isə azərbaycanlı olan təkfirçilərin Suriyada törətdikləri vəhşiliklərdir.



AzNews.az