İnternatda döyülən uşaq: “O, məni möhkəm döydü“- VİDEO

Dünən Bizimyol.info saytı Suraxanı rayonunda yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbində 7 yaşlı uşağın xəsarət alması ilə bağlı məlumat yaymışdı.

Məlumatda uşağın müəlliməsi tərəfindən döyülməsini bildirmişdi. Lakin Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirmişdi ki, ilkin araşdırma nəticəsində uşağın neçə gün qabaq axşam saatlarında qaçarkən yıxılaraq alnından zədə alması və gözünün altındakı o qaraltıların da aldığı zədənin nəticəsində yarandığı qənaətinə gəlinib. YouTube portalında həmin uşağln videosu yayılıb. O, məktəbin direktoru tərəfindən döyüldüyünü açıq şəkildə bildirir. Bizimyol.info-ya istinadən həmin videonu təqdim edirik:

AzNews.az