Bakıda 44 yaşlı kişini qatar vurdu, ayağı kəsildi

Bakıda 44 yaşlı kişini qatar vurub. Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Bəşir Bünyadov küçəsi-12 ünvanında qeydə alınıb.

Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Zahid Zakir oğlu Mailovu dəmir yolunu keçərkən qatar vurub. Z. Mailov ağır bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerlədilib.

Z. Mailovun ayağı amputasiya olunub.