Bakı-Sumqayıt yolunda 130 ədəd qumbaraatan tapıldı

Azərbaycanda döyüş sursatları tapılıb.

Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, döyüş sursatları Bakı-Sumqayıt yolunun 29-cu kilometrliyində aşkarlanıb.

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazidə yararsız halda olan 130 ədəd qumbaraatan, 16 ədəd PQ qumbaraatan mərmisi, 1 ədəd aviasiya bombası, 1 ədəd 102 mm-lik mərminin korpusu və istifadəyə yararlı olan 1 ədəd 102 mm-lik və 80 mm-lik mərmini zərərsizləşdirmək üçün təhlükəsiz zonaya aparıblar.


AzNews.az