- Köhnə - Hadisə
- 29 May 2014 12:39
- 4 489
Bakıda dəhşətli avtoqəza: xeyli sayda yaralı var

Hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, qəza Sabunçu-Maştağa yolunun Zabrat qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
İki "Merdeces" və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində xeyli sayda şəxsin xəsarət aldığı bildirilir.
Sabunçu Rayon Polis İdarəsindən bildirilib ki, hadisə nəticəsində 5 nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az