“Mercedes” yandı

Bakıda yanğın hadisəsi qeydə alınıb. AzNews.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, yanğın paytaxtın Yasamal rayonunda vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobildə baş verib. Nəticədə avtomobilin arxa tərəfi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

AzNews.az