- Köhnə - Hadisə
- 30 İyul 2014 10:59
- 5 032
Baş Prokurorluqdan Leyla Yunus açıqlaması
Bu açıqlmanı AzNews.az-a Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov verib. O bildirib ki, bir qayda olaraq Baş Prokururluq Leyla Yunusun istintaqa cəlb olunması prosesi ilə bağlı ictimaiyyəti məlumatlandırıb: "Bu baxımdan jurnalistləri səbrli olmağa dəvət edirəm. Bununla bağlı da açıqlamamız olacaq".
Qeyd edək ki, Sülh və Demokratiya İnstitunun (SDİ) direktoru Leyla Yunus bu gün səhər Milli Şuranın təşkil etdiyi narkotiklərə qarşı mübarizəyə həsr olunan tədbirinə qatılmaq üçün gedən zaman 3 nəfər şəxs tərəfindən avtomobilə mindirilərək naməlum istiqamətə aparılıb.
Amid
AzNews.az