- Köhnə - Hadisə
- 1 Avqust 2014 18:17
- 4 340
Separatçılar azərbaycanlının meyitini qaytarmır - VİDEO
ANS TV-nin məlumatına görə, avtomobilində başından güllələnən 51 yaşlı Telman Sədi oğlu Cəfərovun meyitinin qaytarılması üçün beynəlxalq təşkilatlara müraciət olunub.
Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq məsələləri üzrə birinci katibi Asim Osmanov Luqanskda güllə yarası alan daha 3 azərbaycanlı Vüqar, Mahir və Ədalət Qəhrəmanovlarla bağlı da məlumat verib.
Onun sözlərinə görə, Telman Sədi oğlu Cəfərovun meyitinin qohumlarına təhvil verilməsi ilə bağlı səfirlik tərəfindən Ukraynanın Xarici İşlər Nazırliyi vasitəsi ilə Kiyevdə yerləşən Beynəlxalq Qırmızı Xaç və Aypara cəmiyyətlərinin ofislərinə maraciət edilib: "Qəhrəmanovlarla bağlı məlumata gəlincə, verilən qeyri-rəsmi xəbərə görə, heç bir yaralanma halı yoxdur".
AzNews.az