Azərbaycanın tanınmış aktyoru qəzaya uğradı - FOTOLAR

Bakı Bələdiyyə Teatrının tanınmış aktyoru İlqar Musayev avtomobil qəzasına uğrayıb. AzNews.az xəbər verir ki, bir neçə dəqiqə öncə avtomobilin idarə etdiyi 90-HV-733 dövlət nömrə nişanlı VAZ 2107 markalı avtomobil 90-VN-826 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib. Sürücülərdən heç biri ciddi xəsarət almasa da, aktyor qolunda ağrılar hiss etdiyini bildirib: "Həyətdən təzəcə çıxıb çəkilişə gedirdim. O biri sürücü elə bil ki, təyyarə sürürdü. Qolumda möhkəm ağrılar var. İndi rentgendəyəm".








İntiqam Valehoğlu
AzNews.az