- Köhnə - Hadisə
- 5 Avqust 2014 19:10
- 2 436
Melkonyanın taborunda döyüşmüş erməni əsgəri məhv edildi
Avqustun 4-də Murovdağda - Kəlbəcər rayonu ərazisində Azərbaycan hərbçiləri tərəfindən məhv edilən erməni əsgər I Qarabağ müharibəsində erməni terrorçu, ASALA-nın liderlərindən olan Monte Melkonyanın taborunda döyüşüb.
AzNews.az "news.am" saytına istinadən verdiyi məlumata görə, öldürülmüş erməni hərbçi 1971-cil il təvəllüdlü Aram Qriqoryandır.
Ermənistanın Araqat vilayətindən olan A. Qriqoryan rəsmi məlumata görə ön xəttə 2 gün əvvəl çıxıb.
Qeyd edək ki, A. Qriqoryan ötən gün Kəlbəcər rayonunun ərazisindəki döyüş mövqelərində Azərbaycan snayperləri tərəfindən öldürülüb.
AzNews.az