- Köhnə - Hadisə
- 13 Avqust 2014 15:01
- 2 179
Meşədə azan 4 yaşlı qız 12 gün sonra sağ tapıldı - FOTO
Rusiyanın Saxa respublikasında 4 yaşlı qızcığaz itdikdən 12 gün sonra meşəlik ərazidə sağ tapılıb.
anspress-in məlumatına görə, Karina adlı qızcığaz iyulun 29-da Yakutiyanın Olom kəndindəki evlərinin yaxınlığında öz iti ilə gəzərkən itmişdi. Qızın anası onun atası ilə səyahətə yollandığını zənn edərək onu axtarmayıb və yalnız avqustun 2-də onun itməsi barədə polisə məlumat verilib.
Balaca qızın axtarışına cəlb olunmuş xilasedicilər və axtarış itləri günlərlə yaxınlıqdakı meşəni ələk-vələk edib. İtmiş qızın iti kənddə peyda olduqda xilasedicilər onun ayaq izləri ilə geri qayıdaraq qızı tapıblar.
4 yaşlı Karina otlardan düzəltdiyi yuvanın içində oturarkən tapılıb və onun 12 gün ərzində meşədəki giləmeyvələrlə qidalandığı məlum olub.
AzNews.az