Ağdaşda ağır yol qəzası- iki nəfər yanaraq öldü

Ağsuda iki minik maşını toqquşub, iki nəfər yanaraq ölüb.
AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Ağdaş rayonu, Yuxarı Nemətabad kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşlara məxsus "Toyota" və "VAZ" markalı minik avtomobillərinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-qəza hadisəsi baş verib.

Nəticədə "VAZ" markalı avtomobilin yanar hissələri yanıb. Yanğınsöndürənlər hadisə yerinə çatana kimi "VAZ" markalı avtomobildə olan 2 nəfərin (kişi) meyiti əhali tərəfindən avtomobildən çıxarılıb.
Digər avtomobil yanğından mühafizə olunub.

AzNews.az