Hasardan yıxılan usta dünyasını dəyişdi

Usta işləmək üçün Bakıya gələn Füzuli sakini hasardan yıxılaraq ölüb.
Daxili İşlər Nazirliyinin saytına istinadən AzNews.az xəbər verir ki, avqustun 14-də Füzuli rayon sakini Zülfüqar Şirinov Sabunçu rayonu Zabrat qəsəbəsində usta işlədiyi evdə hasardan yıxılıb.

Xəstəxanaya yerləşdirilmiş Z. Şirinov orada dünyasını dəyişib.

AzNews.az