Hadisə Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisində baş verib. Hadisə Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisində baş verib.

Tovuzdakı yol qəzasında bələdiyyə sədri öldü – VİDEO (Yenilənib)

Hadisə Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisində baş verib.

AzNews.az-ın Türkel TV-yə istinadən verdiyi xəbərə görə, hadisə Bakı-Qazax yolunda Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisində olub. "Kamaz" markalı yük maşını ilə "Mitsubishi" markalı avtomobilin toqquşması nəticəsində "Mitsubishi"nin sürücüsü, Tovuz rayon Əlimərdanlı kənd bələdiyəsinin sədri Abbas İbrahimov aldığı ağır xəsarətlərindən elə hadisə yerindəcə keçinib.

"Kamaz"ın sürücüsü, Əlibəyli kənd sakini İlqar Gülməmmədov isə yüngül xəsarətlə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. "Kamaz"ın sürücüsünün dediyinə görə, hadisə "Mitsubishi"nin onun yoluna çıxması nəticəsində baş verib.

"Kamaz"ın sürücüsü İlqar Gülməmmədov hadisənin baş verməsində minik avtomobilinin sürücüsünü günahlandırıb: "Bakı istiqamətində gedirdim. Yoluma çıxdı, işıqla nə qədər işarə etsəm də yolumdan çıxmadı. Həmin vaxt toqquşduq".

Qəzanın dəqiq səbəbləri isə hələ məlum deyil.

Hadisə ilə bağlı Tovuz Rayon Polis İdarəsinin Yol Patrol Xidmətinin əməkdaşları araşdırma aparır.




***
10:05

Tovuzda yük və minik avtomobillərinin toqquşması nəticəsində bir nəfər ölüb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, avqustun 27-də Bakı-Qazax younun 430-cu kilometrliyində, Tovuz rayonu ərazisində vətəndaşlara məxsus "Kamaz" markalı yük abtomobili və "Mitsubishi" markalı minik avtomobilinin toqquşması nəticəsində yol nəqliyyat qəza hadisəsi baş verib.

Dərhal hadisə yerinə FHN-nin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Mitsubishi" markalı minik avtomobilinin sahibi aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Yanğınsöndürən-xilasedicilər meyiti deformasiyaya uğramış minik avtomobilindən təhlükəsizlik qaydalarına riayət olunmaqla xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq saat 23:00-da aidiyyətı üzrə təhvil veriblər.

AzNews.az