Tovuzda iki mərtəbəli ev yandı Tovuzda iki mərtəbəli ev yandı

Yaşayış evi külə döndü - FOTO

Tovuzda iki mərtəbəli ev yandı


AzNews.az Türkel TV-yə istinadən (TTV) xəbər verir ki, gecə saatlarında Tovuz rayonunun Köhnə Qala kənd sakini Fikrət İsmayılova məxsus iki mərtəbəli evdə yanğın baş verib. Həyətdə, köməkçi tikilidə başlayan yanğın, çox qısa zamanda evə keçib və bütün evi bürüyüb. Nəticədə 6 otaq külə dönüb. Hadisə yerinə cəlb olunan Tovuz Yanğından Mühafizə idarəsinin əməkdaşları yalnız evin talvarını yanğından mühafizə edə bilib. Hadisə şahidlərinin dediyinə görə, yanğına səbəb elektrik xəttində yaranan qısa qapanma səbəb olub. Yanğını ilk olaraq qonşular görüb və ev sahibinə xəbər veriblər. Evdən heç nə çıxara bilməyən ailə üzvlərinin bəziləri yüngül yanıq xəsarətləri alıblar. Yanğının söndürülməsi bir neçə saat davam edib.



AzNews.az