- Köhnə - Hadisə
- 9 Sentyabr 2014 13:28
- 3 808
“KamAZ“la “VAZ-2107“ toqquşdu - sürücü öldü

Ağcabədi rayonundakı yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 8-də saat 11 radələrində Ağcabədi rayonundakı Ü.Hacıbəyli prospektində Füzuli rayon sakini Cəsarət Fərəcovun idarə etdiyi "KamAZ" və Ağdam rayon sakini Cəlal Abbasovun idarə etdiyi "VAZ-2107" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində "VAZ-2107"ən sürücüsü C.Abbasov hadisə yerində ölüb.
Faktla əlaqədar Ağcabədi Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
AzNews.az