- Köhnə - Hadisə
- 9 Sentyabr 2014 15:15
- 3 374
Bakıda sərnişin avtobusu iki nəfəri vurdu

Bakıda sərnişin avtobusu növbəti dəfə qəza törədib. Bu gün saatlarında avtobus iki piyadanı vurub.
Binəqədi rayon Polis Polis İdarəsi 4-cü polis polis bölməsindən Anspress-ə verilən məlumata görə, Binəqədi rayonu ərazisində, şadlıq evlərinin birinin qarşısında 133 saylı sərnişin avtobusu iki nəfəri vurub. Xəsarət alan yaralılar Kliniki Tibbi Mrəkəzə aparılıblar.
"Çinar Trans" MMC-dən Anspress-ə verilən məlumata görə, hadisədə sürücünün heç bir günahı olmayıb. Piyadalar ehtiyatsız davranaraq avtobusun qarşısına çıxıblar.
Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
AzNews.az