- Köhnə - Hadisə
- 17 Sentyabr 2014 12:32
- 1 983
Sabah yağış yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə : Bakıda və Abşeronyarımadasında sentyabrın 18-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə yağış yağacağı ehtimal olunur.
Güclü şimal-qərb küləyi gündüz arabir güclənən mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 15-17, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 762 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında sentyabrın 18-də arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, gecə saatlarında Böyük Qafqazın yüksək dağlıq ərazilərində sulu qara keçəcəyi gözlənilir. Qərb küləyi bəzi yerlərdə güclənəcək.
Havanın temperaturunun gecə 12-17, gündüz 22-27, dağlarda gecə 3-8, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.
AzNews.az