- Köhnə - Hadisə
- 18 Sentyabr 2014 11:58
- 2 069
Ordumuz sentyabrın 20-dək təlim keçəcək - FOTOLAR

Azərbaycan Ordusu irimiqyaslı təlimləri davam etdirir.
Müdafiə Nazirliyindən AzNews.az-averilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən sentyabrın 13-dən başlayan irimiqyaslı təlimlərin bu gün növbəti mərhələsi keçirilib.Təlimlərdə iştirak edən Quru qoşunlarının birləşmə və hissələri müxtəlif şəraitlərdə, o cümlədən dağlıq ərazidə hücum əməliyyatının təşkili, yüksək sürətlə və böyük dərinliklərdə aparılması, taktiki hava desantının, reyd və ön dəstələrinin tətbiqi, əməliyyatların hərtərəfli təminatı üzrə tapşırıqları yerinə yetiriblər.
Təlimlər sentyabrın 20-dək davam edəcək.
AzNews.az









