- Köhnə - Hadisə
- 23 Sentyabr 2014 15:49
- 5 460
Azərbaycan vətəndaşı özünü Almaniyada yandırdı

Bu gün Almaniya vaxtı ilə saat 10 radələrində Almaniyada mühacir həyatı yaşayan bir nəfər soydaşımız özünü yandırıb.
AzNews.az xəbər verir ki, bu barədə məlumatı Almaniyada yaşayan həmyerlimiz Tural Sadıqlı məlumat verib.
O, bildirib ki, həmin şəxsin bu addımına səbəb Alman dövlətinin ona sığınacaq verməməsi olub: "Almaniyada mühacir həyatı yaşayan bir nəfər soydaşımız Almaniya Sosial İdarəsinin içərisində özünü yandırıb. Məlumatı onunla eyni şəhərdə yaşayan digər həmyerlimizdən aldım. Onun özünü yandırmasına səbəb Alman hökümətinin ona sığınacaq verməməsi olub. Soydaşımızın səhhəti və hazırki durumu barədə məlumat almağa çalışırıq. Dostlara xəbər verdik, onun yaşadığı şəhərə gedirlər".
AzNews.az