Azərbaycanda ana və qızı faciəvi şəkildə öldü

Daxili İşlər Nazirliyi Goranboyda baş vermiş dəhşətli qəza ilə bağlı məlumat yayıb.



AzNews.az lent.az-a istinadən xəbər verir ki, sentyabrın 26-da saat 01 radələrində Goranboy rayonunun Nərimanlı kəndində rayon sakini Elçin Kərimov idarə etdiyi "Ford" markalı avtomobili qarşıda gedən həmyerlisi Mansur Mansurovun idarə etdiyi "Belorus" markalı traktora vurub. M.Mansurovun sərnişinləri - arvadı Rəsmiyyə və qızı Aytəkin hadisə yerində ölüb.

Goranboy RPŞ tərəfindən araşdırma aparılır.