Gəncə və Sumqayıt Gömrük idarələrinin əməkdaşları birgə əməliyyat tədbiri olaraq Gəncə şəhər sakini Toğrul Əsgərovun idarə etdiyi VAZ 21074 markalı avtomobilə baxış keçiriblər. Gəncə və Sumqayıt Gömrük idarələrinin əməkdaşları birgə əməliyyat tədbiri olaraq Gəncə şəhər sakini Toğrul Əsgərovun idarə etdiyi VAZ 21074 markalı avtomobilə baxış keçiriblər.

Spirtli içki və siqaret qaçaqmalçılığının qarşısı alınıb

Gəncə və Sumqayıt Gömrük idarələrinin əməkdaşları birgə əməliyyat tədbiri olaraq Gəncə şəhər sakini Toğrul Əsgərovun idarə etdiyi VAZ 21074 markalı avtomobilə baxış keçiriblər.



AzNews.az xəbər verir ki, bu haqda informasiyanı Dövlət Gömrük Komitəsi yayıb.
Xəbərdə deyilir ki, avtomobildən Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış 176 ədəd araq, 2 ədəd viski, 8 ədəd şərab, 13 ədəd enerji içkisi, eyni zamanda müxtəlif markalı 564 qutu siqaret aşkar edilərək götürülüb.

Fakt üzrə təhqiqat aparılır.


AzNews.az