- Köhnə - Hadisə
- 1 Oktyabr 2014 06:49
- 1 835
Bakıda ər arvadını bıçaqladı

Bakının Bilgəh qəsəbəsində ailədaxili münaqişə bıçaqlanma ilə nəticələnib.
Apa-nın məlumatına görə, qəsəbənin Azəbaycan qadını küçəsində yaşayan 50 yaşlı Xanım Kərimova həyat yoldaşı tərəfindən bıçaqlanıb. Yaralı qadın təcili tibbi yardım avtomobili ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıb.
Yaralı qadın əməliyyat olunub və vəziyyəti ağırdır.
Həyat yoldaşını bıçaqlamaqda şübhəli bilinən Rafiq Kərimov isə hadisə yerindən qaçıb. Hazırda onun tutulması istiqamətində əməliyyat axtarış-tədbirləri həyata keçirilir. Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə cinayət işi başlanılıb.