Dünən müəllimlər gününə pul yığan məktəblərin siyahısını təqdim etdikdən sonra, oxucularımız övladları üçün verdikləri pulların məbləğını və həmin məktəbin nömrələrini təqdim ediblər. Beləliklə nazir Mikayıl Cabbarovun meyusuna yeni bir siyahı yaranıb. Həmin siyahını təqdim etməmişdən öncə Dünən müəllimlər gününə pul yığan məktəblərin siyahısını təqdim etdikdən sonra, oxucularımız övladları üçün verdikləri pulların məbləğını və həmin məktəbin nömrələrini təqdim ediblər. Beləliklə nazir Mikayıl Cabbarovun meyusuna yeni bir siyahı yaranıb. Həmin siyahını təqdim etməmişdən öncə

Valideynlərdən rüşvət yığan məktəblər – yeni SİYAHI

Dünən müəllimlər gününə pul yığan məktəblərin siyahısını təqdim etdikdən sonra, oxucularımız övladları üçün verdikləri pulların məbləğını və həmin məktəbin nömrələrini təqdim ediblər. Beləliklə nazir Mikayıl Cabbarovun meyusuna yeni bir siyahı yaranıb. Həmin siyahını təqdim etməmişdən öncə

Qeyd edək ki, Təhsil Nazirliyi dünən müəllimlər günü ilə bağlı məktəblərdə pul yığılması faktı aşkarlanarsa, müəllim və ya direktorların işdən azad olunacağı ilə bağlı xəbərdarlıq edib.

AzNews.az bu xəbərdarlığı eşitməyən və ya "belə hədə-qorxular görüntü üçündür" deyib, qulaqardına vuran orta məktəblərin siyahısını təqdim edir:

Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən 141 nömrəli orta məktəbdə şagirdlər müəllimlərini 50 manatla təbrik etmək məcburiyyətində qalıblar.

Səbael rayonu, Badamdar qəsəbəsi 239 nömrəli orta məktəbdə isə müəllimlər günü valideynlərə bir az ucuz başa gəlib- 15manat.

Səbael rayonu Bayıl qəsəbəsi 91 nömrəli təhsil müəssisəsində valideynlər digər orta məktəblərdən fərqlənmək istəməyiblər. Onlarda da 5 oktyabrla bağlı 20 manat pul istənilib.

A.N.Ələkbərov adına Respublika İncəsənət Gimnaziyasında abu-hava fərqlidir. Valideynlərin dediyinə görə, təhsil ocağında heç kimdən pul istənilmir. Amma hər kəs bilir ki, valideynlər son qəpikləri olsa belə, özlərini müəllimin yanında yaxşı etmək üçün öz xoşları ilə pul yığırlar. Ən kasıb valideyn bir necə müəllimə ən azı 10 manatdan pul verir. Yuxarı sinifdə 6-7 fənn müəllimin olduğunu nəzərə alsaq, bu ən azı 60-70 manat pul edir.

Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 və 2 saylı tam orta məktəbdə də vəziyyət digər məktəblərdən fərqli deyil. Bu ünvanda da şagirdlər məktəbə əllərində pul getməli olacaqlar. Mərkəzdən kənar yer olduğu üçün bu məktəblərdə "tas" bir balaca aşağıdır. Belə ki, müəllimləri təbrik üçün valideynlər söz bir yerə qoyaraq 10 manatdan pul yığmaq qərarına gəliblər.

Abşeron rayonu Masazır qəsəbəsi 2 saylı tam orta məktəbin də yeni parta arxasına oturan şagirdlərdən də pul yığılıb. Məktəbin yeni fidanları da müəllimləri təbrik üçün nə az, nə çox 20 manat pul yığılıb.

Sabunçu rayonu Yeni Ramana qəsəbəsi 90 nömrəli tam orta məktəbdə də valideynlər müəllimlər gününə görə 10 manat xərcə düşəcəklər.

Binəqədi rayonu Biləcəri qəsəbəsi 297 saylı məktəbdə də müəllimlər günü ilə bağlı pul yığımı başlayıb. Valideynlərin dediyinə görə, hər gün israrla uşaqlardan pul istənilsə də bəzi valideynlər tələb olunan 25 manatı verməkdən imtina ediblər.

Bakı şəhəri Səbael rayonunda yerləşən 189 və 190 nömrəli orta məktəbdə də valideynlər əllərini ciblərinə salmalı olacaqlar. Çünki müəllimlər günü ilə bağlı həmin məktəb şagirdlərindən də 40-50 manat civarında pul tələb olunub.

Davamı olacaq...

Gültəkin ƏLƏSGƏR