Səhiyyə Nazirliyi Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun rəhbərliyi dəyişdirilib. Səhiyyə Nazirliyi Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun rəhbərliyi dəyişdirilib.

İnstitut direktoru işdən çıxarıldı

Səhiyyə Nazirliyi Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun rəhbərliyi dəyişdirilib.



Nazirlikdən Trend-ə verilən məlumata görə, institutun direktoru, respublikanın baş ginekoloqu Faizə Əliyeva pensiya yaşının çatması ilə əlaqədar vəzifəsindən azad edilib.
Hazırda bu vəzifəni Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktor müavini professor Cəmilə Qurbanova əvəz edir.

Qeyd edək ki, institutun binası hazırda təmir edilir. Binanın bu ilin sonu, gələn ilin əvvəlində istifadəyə veriləcəyi nəzərdə tutulur.