Son bir ayda Azərbaycanda orqan köçürülən azyaşlıların sayı məlum olub. Son bir ayda Azərbaycanda orqan köçürülən azyaşlıların sayı məlum olub.

Bakıda azyaşlı uşaqlara qaraciyər köçürüldü - Heyrətamiz

Son bir ayda Azərbaycanda orqan köçürülən azyaşlıların sayı məlum olub.


Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazimi AzNews.az-a açıqlamasında bildirib ki, son bir ayda azyaşlılar arasında 3 qaraciyər əməliyyatı aparılıb.



Onun sözlərinə görə, qaraciyər köçürülən azyaşlılar 3, 9, 11 yaş arasında uşaqlar olub. Şöbə müdiri onu da əlavə edib ki, qaraciyər köçürülməsinə ehtiyacı olan xəstələrin sayı daha çoxdur. Son bir ildə azyaşlılar arasında böyrək əməliyyatlarının da sayı az olmayıb. Belə ki, 4 azyaşlıya böyrək köçürülüb.

M.Kazimi vurğulayıb ki, böyrək köçürülən azyaşlılar isə 6,8,14 və 13 yaş arasında xəstələr olub: "2014-cü ilin ilk üç ayı ərzində Mərkəzimiz tərəfindən 32 böyrək, 11 qaraciyər transplantasiyası həyata keçirilib. Azyaşlılardan isə 5 nəfərə böyrək, 6 nəfərə isə qaraciyər köçürülməsi həyata keçirilib".


Gültəkin ƏLƏSGƏR
AzNews.az