Temperaturun kəskin aşağı düşdüyü bir vaxtda Abşeron rayonunda qazın verilişi dayandırılıb. Bununla yanaşı ışığın da kəsilməsi vəziyyəti dözülməz həddə çatdırıb. Temperaturun kəskin aşağı düşdüyü bir vaxtda Abşeron rayonunda qazın verilişi dayandırılıb. Bununla yanaşı ışığın da kəsilməsi vəziyyəti dözülməz həddə çatdırıb.

Qar yağan kimi qazı, işığı kəsdilər- Masazır boşalır

Temperaturun kəskin aşağı düşdüyü bir vaxtda Abşeron rayonunda qazın verilişi dayandırılıb. Bununla yanaşı ışığın da kəsilməsi vəziyyəti dözülməz həddə çatdırıb.


Havaların kəskin dəyişdiyindən rayon sakinləri isinmək üçün vasitə tapa bilmir.

Sakinlərin AzNews.az-a verdikləri məlumata görə, qazın və işığın səhər saatlarından dayandırılması sakinlər arasında böyük narazılıq yaradıb. Hətta onlar etiraz əlaməti olaraq magistral yolu bağlamağa cəhd ediblər. Bu saatlara kimi mavi yanacağın və elektrik enerjisinin verilişinin bərpa olunmaması Masazırın boşalmasına səbəb olub. İsinmək üçün vasitə tapa bilməyən sakinlər yaxınlıqdakı qohumlarının evlərinə getməyə məcbur olublar.

Məsələ ilə bağlı Azəriqaz ASC-nin ictimaiyyətlə əlaqələr və informasiya şöbəsinin əməkdaşı İbrahim Kəlbalıyev AzNews.az-a açıqlamasında həmin ərazidə qaz verilişinin dayandırılmasına aydınlıq gətirib. O, bildirib ki, həmin ərazidə tikilən yeni binaya çəkilən qaz xəttinin mənbəyə birləşdirilir. Bu səbəbdən də həmin əraziyə mavi yanacağın verilişi dayandırılıb.


Gültəkin ƏLƏSGƏR
AzNews.az