“PAŞA Bank” bankın binasında baş vermiş yanğın haqqında məlumat yayıb. “PAŞA Bank” bankın binasında baş vermiş yanğın haqqında məlumat yayıb.

“PAŞA Bank”dan yanğınla bağlı açıqlama

“PAŞA Bank” bankın binasında baş vermiş yanğın haqqında məlumat yayıb.



Bankdan "APA-Economics"ə daxil olan məlumatda bildirilir ki, "PAŞA Bank"ın Yusif Məmmədəliyev, 15 ünvanında yerləşən binasının texniki zonasında yanğın baş verib.

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri yanğını uğurla lokallaşdırıb.

"PAŞA Bank"ın Təhlükəsizlik Xidmətinin Direktoru Fuad Paşayev qeyd edib ki, hazırda yanğına səbəb olan bütün detallar araşdırılır.

"Yanğın bankın binasının texniki zonasına və qismən server otağının bir hissəsinə təsir edib. Yanğın bankın əməliyyatlarının normal rejimdə həyata keçirilməsinə hər hansı təsir göstərməyib", - deyə F. Paşayev bildirib.