Tatarıstanın paytaxtı Kazan şəhərində azərbaycanlı iş adamı Hüseyn Qəhrəmanova məxsus olan “Admiral” ticarət evindəki yanğında Azərbaycanın 1 vətəndaşı ölüb. Tatarıstanın paytaxtı Kazan şəhərində azərbaycanlı iş adamı Hüseyn Qəhrəmanova məxsus olan “Admiral” ticarət evindəki yanğında Azərbaycanın 1 vətəndaşı ölüb.

Kazandakı yanğında 1 Azərbaycan vətəndaşı ölüb – RƏSMİ

Tatarıstanın paytaxtı Kazan şəhərində azərbaycanlı iş adamı Hüseyn Qəhrəmanova məxsus olan “Admiral” ticarət evindəki yanğında Azərbaycanın 1 vətəndaşı ölüb.




AzNews.az xəbər verir ki, bu haqda məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyinin Tatarıstan üzrə idarəsindən bildiriblər.

Məlumatda deyilir ki, 17 nəfər ölən arasında 4 xarici ölkənin vətəndaşları da var.
Tatarıstanın Məhkəmə-tibbi ekspertiza bürosu hələlik 14 nəfərin şəxsiyyətini müəyyən edib.

Onlardan 8-nin (Özbəkistan – 4, Tacikistan - 2, Azərbaycan - 1 və Türkiyə - 1) xarici vətəndaş olduğu bildirilir.

13 yaralı isə hazırda Kazan xəstəxanalarında müalicə edilir. Onlardan da 7-nin (Azərbaycan – 3, Vyetnam -2, Tacikistan – 1 və Özbəkistan – 1) xarici vətəndaş olduğu müəyyənləşib.