Abşeronda şəhidin adına olan küçə satılıb - FOTO

Abşeron rayon, Ceyranbatan qəsəbəsində bir qrup sakinlə yerli bələdiyyə və icra nümayəndələri arasında gərginlik yaşanır.

Sakinlərdən AzNews.az-a verilən məlumata görə, gərginliyə səbəb Təbrik Baxışov küçəsindəki yaşayış binasının həyətinin kiməsə satılmasıdır. Məlumata görə, insanların yeganə istirahət edə biləcəyi, çox da böyük olmayan baxçaları qaraj tikilməsi üçün gizlicə satılıb. Sakinlər bir də görüblər ki, ağaclar kəsilir və bünövrə qazılır. Bundan sonra isə qəsəbə rəhbərliyi ilə sakinlər arasında narazılıq düşüb: "Buranın bələdiyyəsi hər yeri satıb. Bir-iki il əvvəl qəsəbənin stadionunu da satdılar. İndi usaqlar, ahıl adamlar öz binalarının həyətlərində dincəlirlər, gəzişirlər. Amma iş o yerə gəlib çatıb ki, bələdiyyə bu yerləri də bizə çox görür, başlayıb həyətləri satmağa".

Sakinlər deyib ki, bu küçə vətən uğrunda şəhid olan Təbrik Baxışovun adınadır. "Buranın rəhbərliyi heç şəhidə də hörmət qoymur", - deyə sakinlər etiraz edirlər.

Məsələ ilə əlaqədar Ceyranbatan Bələdiyyəsi ilə əlaqə saxladıq. Bələdiyyənin sədri Cavanşir Zeynalov müraciət etdiyimiz məsələ barədə eşitdikdən sonra hazırda xəstəxanada olduğunu, martın 20-dən bu vaxta kimi işə çıxmadığını, buna görə də məsələdən xəbərsiz olduğunu dedi.




image description image description image description