“AZAL” avia şirkətinə məxsus olan sərnişin təyyarəsinin üzərində Azərbaycan bayrağı tərs vurulub. “AZAL” avia şirkətinə məxsus olan sərnişin təyyarəsinin üzərində Azərbaycan bayrağı tərs vurulub.

“AZAL”dan tərs vurulan bayraqla bağlı - Açıqlama

“AZAL” avia şirkətinə məxsus olan sərnişin təyyarəsinin üzərində Azərbaycan bayrağı tərs vurulub.


AzNews.az xəbər verir ki, bu barədə fotonu iqtisadçı-ekspert Natiq Cəfərli özünün Facebook sosial səhifəsində paylaşıb.

"Dreamliner" təyyarəsinin üzərində əks olunan şəkildə bayrağın üzərindəki Ay və Ulduz əks istiqamətə baxır.

Məsələ ilə bağlı "AZAL"ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli ilə əlaqə saxladıq.

O, bayrağın tərs vurulmasının mümkünsüz olduğunu deyib: "Bayraq tərs vurulmayıb, güzgü effekti ilə vurulub. Bu haqda yayılan məlumatlar həqiqəti əks etdirmir".

Bayrağın tərs vurulması ilə bağlı paylaşılan şəkilləri təqdim edirik.
image description image description