Xəbər verildiyi kimi, ötən həftə Serbiya prezidenti Tomislav Nikoliç İtaliyanın paytaxtı Romaya rəsmi səfərə yola düşərkən onun təyyarəsi az qala qəzaya düşəcəkdi. Xəbər verildiyi kimi, ötən həftə Serbiya prezidenti Tomislav Nikoliç İtaliyanın paytaxtı Romaya rəsmi səfərə yola düşərkən onun təyyarəsi az qala qəzaya düşəcəkdi.

Daha bir pilot səhlənkarlığı – Prezident ölümdən döndü

Xəbər verildiyi kimi, ötən həftə Serbiya prezidenti Tomislav Nikoliç İtaliyanın paytaxtı Romaya rəsmi səfərə yola düşərkən onun təyyarəsi az qala qəzaya düşəcəkdi.


AzNews.az xəbər verir ki, bu gün isə həmin olayın detalları üzə çıxıb.

Sən demə, təyyarə Belqrad hava limanından havaya qalxandan az sonra köməkçi pilot kabunada nəzarət panelinin üstünə kofe töküb.

Bu da mühərrikin birinin sönməsi və təyyarənin hündürlüyü itirməsilə nəticələnib. Ancaq son anda pilotlar özlərini ələ alaraq "Falcon 50" tipli təyyarəni lazımi hündürlüyə qaldıra biliblər.

Sönən mühərrik işə düşəndən sonra təyyarə yenidən geri Belqrad aeroportuna qayıdıb və prezident Nikoliçin səfəri təxirə salınıb.