- Köhnə - Hadisə
- 25 Aprel 2015 20:26
- 4 724
Azərbaycanlı tələbələr yoxa çıxdılar - Türkiyədə
AzNews.az ANS TV-ə istinadən xəbər verir ki, artıq 15 günə yaxındır ki, Yıldırım Beyazit Universitetinin tələbəsi Sənan Güləhmədov, Ankara Unversitetində oxuyan Mobil adlı şəxs və Turqut Özal Universitetinin tələbəsi Məmmədhüseyn adlı gəncdən xəbər yoxdu. Yerli hüquq-mühafizə orqanları, tələbələrin valideynləri, Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşları itən tələbələrin axtarışı ilə məşğuldurlar. Türkiyədə təhsil alan tələbələrdən aldığımız məlumata görə həmin gənclər Solçu qanad sayılan, Kürd partiyasını dəstəkləyən Kommunistlərin dəstəyi ilə seçiliblər. ANS-in əldə etdiyi məlumata görə, həmin gənclərdən biri Sənan Güləhmədov ötən il Bakıda "1 May zəhmətkeşlərinə dəstək" şüarı altında keçirilən aksiyada həbs olunubmuş.
Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil üzrə müşaviri Nəcibə Nəsibova ANS-ə bildirdi ki, səfirliyə yalnız bir nəfər Yıldırım Bəyazid Universitetinin tələbəsi Sənan Güləhmədovun itməsi barədə valideynləri tərəfindən müraciət daxil olub. Qalan iki nəfər barədə rəsmi məlumat yoxdu.
Nəcibə Nəsibova onu da əlavə etdi ki, onunla universitetdə olan tələbələr deyir ki, oturub-durduğu şəxslər komunistlərə bağlı idi. Amma düşünülmür ki, partiya onun itməsinə səbəb olsun. Ciddi şəkildə axtarışlar gedir.