Prokuror Müsavat başqanının müavininə 7 il 6 ay iş istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat partiyası başqanın müavini Fərəc Kərimlinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.


AzNews.az Lent.az-a istinadən xəbər verir ki, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, Fərəc Kərimlinin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Müdafiə tərəfi çıxış üçün vaxt istəyib.

Məhkəmə prosesi mayın 6-da davam edəcək.

Qeyd edək ki, Fərəc Kərimli narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilir.