- Köhnə - Hadisə
- 4 May 2015 10:16
- 2 773
Bişkekdə atəşkəs danışıqlarına başlanıldı – 21 il öncə (VİDEO)
![](https://www.aznews.az/storage/photos/hqdefault9.jpg)
Tarixdə bu gün: 4 may
Tarixdə bu gün mayın 4-də 1994-cü ildə Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən MDB Parlamentlərarası Assambleyasının iclası çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsində atəşkəsə nail olmaq yönündə danışıqlar başlanıb. Rusiyanın vasitəçiliyi ilə aparılan danışıqlarda Azərbaycanı vitse-spiker Afiyəddin Cəlilov, Ermənistanı parlamentin sədri Babken Ararksyan təmsil edib.
1770 - Fransız rəssamı Frabnua Jerar (François Pascal Simon; 1770-1837) anadan olub. Əsasən portret janrında ("Amur və Psixeya", Napoleonun portretləri) işləyib.
1772 - Tanınmış alman kitab naşiri Fridrix Arnold Brokhaus (Friedrich Arnold Brockhaus, 1772-1823) anadan olub. Dünyaca məşhur "Brokhaus" ensiklopedik nəşriyyatının qurucusudur.
1807 — Fransa ilə Qacarlar arasında "Finkenşteyn" sazişi imzalanıb. Bu sazişlə Fransa Rusiyaya qarşı Qacarlara kömək göstərməliydi, ancaq Napoleon bunu etməyib.
1862- Azərbaycanın görkəmli siyasi xadimi Əlimərdan bəy Ələkbər oğlu Topçubaşov anadan olub. Diplomat, hüquqşünas, Çar Rusiyasında Birinci Dövlət Dumasının üzvü (1905), Bakıda Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü (1917), Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri və Azərbaycan Xalq Cümhuriyyətində xarici işlər naziri olub. 8 noyabr 1934 –cü ildə 69 yaşında Parisdə vəfat edib.
1914 - Fransız yazıçısı Emmanuel Roble anadan olub (1914-1995).
1920 - Aşıq, şair Molla Cümə (1854-1920) vəfat edib. Şəki qəzasının Göynük mahalının Layisqi kəndində doğulub. Bəzi mənbələrə görə, aşıq Azərbaycan Xalq Cümhuriyyətinin qızğın tərəfdarı olduğu üçün öldürülüb.
1920 — 11-ci Qızıl Ordu hissələri Astaraya daxil olub.
1929 - İngilis aktrisası Odri Hepbern (Odri Ketlin Raston, 1929-1993) anadan olub. Filmləri: "Roma tətilləri" (şahzadə Anna) "Hərb və sülh" (Nataşa Rostova) və s.
1931 - Tanınmış rus dirijoru, pianoçu, SSRİ Xalq artisti Gennadi Rojdestvenski anadan olub.
1949 - Əməkdar incəsənət xadimi Elman Həbibin anadan olmasının 65 illiyidir. Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Tivi kəndində anadan olmuşdur Əsərləri: "Günəş qatarı" (1981), "Duzlu uşaqlar" (1983), "Yoluma çıx" (1985), "Nar və gilənar" (1988), "Ömrümün göy qurşqğı" (1998), "Həqiqət günəşi" (1998), "Ömrüm-günüm mənim" (1999), "Hərənin öz işi" (1999), "Sevən ömrü" (2000), "Nehrəm və nehrəmlilər" (2000), "Sənli sənsiz günlərim" (2001), "Allah salamı" (2002) və s.
1990 — Latviya SSR Ali Soveti ölkənin SSRİ tərkibindən çıxması barədə qərar qəbul edib.
1994 – Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən MDB Parlamentlərarası Assambleyasının iclası çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsində atəşkəsə nail olmaq yönündə danışıqlar başlanıb. Rusiyanın vasitəçiliyi ilə aparılan danışıqlarda Azərbaycanı vitse-spiker Afiyəddin Cəlilov, Ermənistanı parlamentin sədri Babken Ararksyan təmsil edib. Rusiya tərəfindən (Minsk qrupunda nümayəndə Vladimir Kazimirov) hazırlanmış atəşkəs sənədində Dağlıq Qarabağın erməni icmasının ayrıca tərəf kimi yer almasına etiraz edən Azərbaycan tərəfi onu imzalamaqdan imtina edib. Gərgin danışıqlardan sonra Bişkek sənədi mayın 8-də imzalanıb və ayın 12-də qüvvəyə minib.
![](http://www.aznews.az/photos/11212260_10204386775570672_1095832837_nfgh.jpg)
1994 – Prezident Heydər Əliyevin Brüsselə (Belçika) səfəri gedişində NATO-nun mənzil-qərargahında Azərbaycanın alyansın "Sülh naminə tərəfdaşlıq" proqramına qoşulmasına dair çərçivə sənədini imzalayıb. Postsovet və postsosialist ölkələri üçün nəzərdə tutulmuş proqram NATO tərəfindən 1994-cü ilin yanvarında elan edilmişdi. Azərbaycan NATO ilə genişmiqyaslı əməkdaşlığı nəzərdə tutan SNT proqramını imzalamış 15-ci dövlət olub.
1994 — Avropa Parlamenti Finlandiya, Norveç və Avstriyanın 1 yanvar 1995-dən etibarən Avropa Birliyinə qəbul edilməsinə səs verib.
1995 – Prezident Heydər Əliyevin iştirakı ilə Amerika Birləşmiş Ştatlarının Bakıdakı səfirliyinin binasının (Azadlıq küç, 83) rəsmi açılışı keçirilib. ABŞ səfirliyi binaya 1993-cü ildə köçsə də, onun rəsmi açılışı olmamışdı.