Mayın 16-da Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi və Silahlı Qüvvələrin Hərbi Akademiyasının əsaslı təmir olunmuş tədris və inzibati korpuslarının açılışında iştirak edib. Mayın 16-da Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi və Silahlı Qüvvələrin Hərbi Akademiyasının əsaslı təmir olunmuş tədris və inzibati korpuslarının açılışında iştirak edib.

Zakir Həsənov hərbi akademiyanın açılışında- FOTOLAR

Mayın 16-da Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi və Silahlı Qüvvələrin Hərbi Akademiyasının əsaslı təmir olunmuş tədris və inzibati korpuslarının açılışında iştirak edib.



Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, nazirliyin rəhbərliyi Hərbi Akademiyanın ikimərtəbəli binasında ümummilli lider Heydər Əliyev irsinin öyrənilməsi üçün nəzərdə tutulmuş otağa, Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik kursunun iş, sinif və müəllim otaqlarına, eyni zamanda yeni elektron kitabxana, müasir standartlara cavab verən laboratoriya və müşavirə zalına baxış keçirib.

Məlumat verilib ki, Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi və Silahlı Qüvvələrin Hərbi Akademiyasında qısa zamanda yeni lokal şəbəkə qurulub, binanın tədris hissəsində müxtəlif təyinatlı müasir sinif otaqları yaradılıb. Hərbi Akademiyanın binasındakı Adyunktura sinifləri və elmi-tədqiqat laboratoriyaları müasir standartlara uyğun tərtib edilərək gələcəyin hərb elmi tədqiqatçılarının istifadəsinə verilib.

Sonda müdafiə naziri gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan işlərlə bağlı müvafiq tövsiyə və tapşırıqlarını verib.


AzNews.az
image description image description image description image description