Hacıbala Abutalıbov yanğın yerinə getdi

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yanğın baş verən əraziyə baş çəkib.



APA-nın hadisə yerində olan əməkdaşının xəbərinə görə, H. Abutalıbov binanın sakinlərinə bildirib ki, baş verən hadisənin nəticələrinin aradan qaldırılması ilə əlaqədar dövlət tərəfindən lazımi tədbirlər görüləcək. Qeyd edək ki, Azərbaycan paytaxtında 16 mərtəbəli binada baş verən yanğın nəticəsində 14 nəfər ölüb, 50 nəfər xəsarət alıb.