- Köhnə - Hadisə
- 22 May 2015 11:36
- 3 932
Yanan binanın söküntüsü ilə bağlı - Rəsmi açıqlama
Xəbər verildiyi kimi, Bakının Binəqədi rayonunda faciə ilə nəticələnən yanğının baş verdiyi binanın üzlüklərinin sökülməsinə başlanılıb.
Binəqədi Rayon İcra Hakimiyyətinin ictimai-siyasi məsələlər üzrə şöbə müdiri Nuridə Allahyarova söküntü işilə bağlı fikirlərini AzNews.az-la bölüşüb.
Onun sözlərinə görə, hələlik söküntü gedir, təmir-bərpa işləri isə ikinci mərhələdə aparılacaq: "Çünki söküntü işləri xeyli vaxt aparan işdir. Lazımı yerlər sökülüb qurtarmayınca, təmir-bərpa işlərindən söhbət gedə bilməz. Özü də təkcə yanan binada deyil, eyni vaxtda daha 4 binada söküntü işlərinə start verilib".
N.Allahyarova vurğulayıb ki, yanan binada təmir-bərpa işlərinin nə başlanılacağı və nə vaxt yekunlaşması işin gedişatından sonra məlum olacaq.
Xatırladaq ki, Nazirlər Kabineti yanan binanın təmir-bərpa işləri üçün 5 milyon manat ayırıb.
Bahar RÜSTƏMLİ
AzNews.az