Ermənistanın sabiq deputatı Akop Akopyana məxsus olan qazdoldurma stansiyasındakı partlayış zamanı bədən hissəsinin 86 faizi yanan qardaşı Armen Akopyan bu gün ölüb. Ermənistanın sabiq deputatı Akop Akopyana məxsus olan qazdoldurma stansiyasındakı partlayış zamanı bədən hissəsinin 86 faizi yanan qardaşı Armen Akopyan bu gün ölüb.

Erməni deputatın “yanan” qardaşı öldü

Ermənistanın sabiq deputatı Akop Akopyana məxsus olan qazdoldurma stansiyasındakı partlayış zamanı bədən hissəsinin 86 faizi yanan qardaşı Armen Akopyan bu gün ölüb.

AzNews.az xəbər verir ki, bu haqda məlumatı "Novosti Armeniya" agentliyi İrəvan Yanıq Mərkəzinin rəhbəri Norayr Davidyana istinadən yayıb.

İnsident zamanı yanıq xəsarətləri alan deputatın oğlunun vəziyyəti isə stabildir.

Partlayışda hadisə yerində olmayan 50 yaşlı sabiq deputatın sağlamlıq durumun da kritik olduğu deyilir.

Xatırladaq ki, may ayının 26-da Zvartnots kəndində fəaliyyət göstərən qazdoldurma stansiyasında partlayış baş verib. Nəticədə 3 nəfər yaralanıb.

Əldə edilən məlumatda bildirilir ki, stansiya 2-3 ildir ki, ekspertizadan keçməyib. Elə bu baxımdan 2 həftə öncə 1 milyon dram cərimə edilib.