İsveçin Göteborg şəhərində bir avtomobilə yerləşdirilən bombanın partladılması nəticəsində dörd nəfərin öldüyü bildirilib. İsveçin Göteborg şəhərində bir avtomobilə yerləşdirilən bombanın partladılması nəticəsində dörd nəfərin öldüyü bildirilib.

İsveçdə bomba partladı: 4 ölü

İsveçin Göteborg şəhərində bir avtomobilə yerləşdirilən bombanın partladılması nəticəsində dörd nəfərin öldüyü bildirilib.


AzNews.az xəbər verir ki, bu haqda məlumatı Göteborg polis idarəsi yayıb.

Hadisəni araşdıran polis deyib ki, bu terakt son illərdə bir-biri ilə münaqişəsi olan kriminal dəstələr tərəfindən həyata keçirilib.

Əsasən gənclərdən ibarət olan bu dəstələr belə addımlara tez-tez əl atırlar.

Ölən 4 nəfərdən 3-ü bir ailənin üzvləri olub. 30 yaşlı ər-arvad və onların 4 yaşlı qızı həlak olub.

Ölən 4-cü şəxsin də 30 yaşı olduğu deyilir.

Qeyd edək ki, 2013-cü ildən bəri Göteborg şəhərində gənclər arasında baş verən belə münaqişələrdə 16 nəfər ölüb, 67 nəfər yaralanıb.