Ağstafa rayonunda birmərtəbəli evdə yanğın olub. Ağstafa rayonunda birmərtəbəli evdə yanğın olub.

Ağstafada ev yandı

Ağstafa rayonunda birmərtəbəli evdə yanğın olub.


AzNews.az FHN-in saytına istinadən xəbər verir ki, hadisə rayon mərkəzindən 10 km aralıda yerləşən Köçəsgər kəndində qeydə alınıb.

Belə ki, vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan birmərtəbəli 4 otaqdan ibarət evin aynabəndinin lambirdən ibarət tavanı 4 kv.m sahədə, evə bitişik ümumi sahəsi 120 kv.m olan talvarın yanar konstruksiyası 20 kv.m sahədə və talvarın altına yığılmış 16 ton ot bağlamasının 4 tonu yanıb.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.