- Köhnə - Hadisə
- 1 İyul 2015 11:28
- 6 819
Traktorla minik avtomobili toqquşdu: 1 ölü, 3 yaralı

Bu gün Gəndob-Yalama yolunun, Xaçmaz rayonunun Çarxı kəndi ərazisində keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AzNews.az APA-ya istinadən xəbər verir ki, "VAZ 2106" markalı minik maşını traktora çırpılıb. Qəza nəticəsində bir nəfər ölüb, 3 nəfər yaralanıb.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar aparılır.