- Köhnə - Hadisə
- 17 Oktyabr 2012 16:47
- 2 209
Azərbaycandan Dərbəndə humanitar yardım getdi

APA-nın verdiyi xəbərə görə, FHN-in Mülki Müdafiə Qoşunlarının Biləcəri qəsəbəsindəki hərbi hissəsindən 18 yük maşınından ibarət yardım karvanı saat 19:40 Dərbəndə yola düşüb. FHN-in Mülki Müdafiə Qoşunlarının komandanı, general-mayor İlham Abdullayev bildirib ki, yardım Azərbaycan prezidenti İlham Əliyevin göstərişi ilə göndərilir.
Sabah Dərbəndə çatacaq maşın karvanını 25 nəfər FHN əməkdaşı müşayiət edir. Onun sözlərinə görə humanitar yardıma 1 maşın qənd, 3 maşın makaron, 6 maşın un, 2 maşın bitki yağı, 2 maşın dərman, 1 maşın çay, 1 maşın adyal, bundan başqa düyü, ət, qaz sobaları və soyuducular daxildir.
Xatırladaq ki, Dərbəndə güclü leysan yağışlar nəticəsində 320 ev su altında qalıb. Təbii fəlakət nəticəsində 6 nəfər ölüb, onlardan biri azyaşlı uşaqdır. Bölgədə fövqəladə vəziyyət elan olunub.
AzNews.az