- Köhnə - Hadisə
- 15 İyul 2015 21:35
- 2 793
Ağdamda yol qəzası - Sürücü yaralandı

Ağdam rayonunda qəza baş verib.
AzNews.az FHN-ə istinadən xəbər verir ki, rayon ərazisində "Mercedes" markalı minik avtomobili yol kanarında ağaca çırpılıb.
Qarabağ Regional Mərkəzinin xilasediciləri tərəfindən deformasiyaya uğrayan avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.