Bakıda yol qəzası qeydə alınıb. Bakıda yol qəzası qeydə alınıb.

Sərnişin avtobusu qəza törətdi, xəsarət alanlar var - Bakıda

Bakıda yol qəzası qeydə alınıb.


AzNews.az APA-ya istinadən xəbər verir ki, yol qəzası Sabunçu rayonunda Balaxanı qəsəbəsində baş verib.

Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü Mehman Vaqif oğlu Əliyarovun idarə etdiyi "İsuzi" markalı, 216 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu ilə, Göyçay rayon sakini, 1987-ci il təvəllüdlü Cahangir Bayram oğlu Cahangirovun idarə etdiyi "Wokswagen" markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində M. Əliyarovun sərnişinləri, Bakı şəhər sakinləri 1957-ci il təvəllüdlü Elmira Məcid qızı Məmmədova, 1964-cü il təvəllüdlü Gülkərəm Əliəşrəf qızı Murtuzayeva 3 saylı Şəhər Klinik Xəstəxanasına, C. Cahangirov və sərnişinləri - arvadı, 1987-ci il təvəllüdlü Ülviyyə Vaqif qızı və övladı 2015-ci il təvəllüdlü Zeynəb Neyrocərrahiyyə xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.