- Köhnə - Hadisə
- 2 Avqust 2015 22:15
- 31 413
Bakıda dəhşətli qəza: 4 ölü, 4 yaralı – FOTO + VİDEO

Bakıda, Bilgəh-Nardaran yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
AzNews.az xəbər verir ki, "Lend Rover" markalı 90-KX-010 nömrə nişanlı avtomobil çox yüksək sürətlə hərəkət etdiyindən idarəetməni itirərək, "Zaporojets" , "Mersedes" və "Lexus" markalı avtomobillərlə toqquşub. Əsas zərbəyə tuş gələn "Zaporojets" markalı avomobil alışıb. Nəticədə avtomobildəki 4 nəfərin hamısı həyatını itirib. Ölənlərdən birinin cəsədi külə çevirilib.Digər avtomobillərin sərnişinlərindən isə 4 nəfər ağır yaralanıb.
"Lend Rover"in sürücüsü isə taksiyə əyləşərək hadisə yerindən uzaqlaşıb.
Qəza baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və Təcili yardım maşınları gəlib.
Sadiq
AzNews.az




