- Köhnə - Hadisə
- 17 Avqust 2015 09:29
- 3 835
Qusarda qəza: iki maşın yandı

Avqustun 16-sı Qusarda yol nəqliyyat hadisəsi baş verib.
AzNews.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Qusar rayonu, Samur qəsəbəsində (rayon mərkəzindən 30 km aralı) "Toyota" markalı minik avtomobili ilə "T-24" markalı traktorun toqquşması nəticəsində yanğın hadisəsi baş verib.
Yanğın nəticəində hər iki nəqliyyat vasitəsi yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 22:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.